Bakinar Konsaltinq MMC şirkəti Sizə aşağıdakı xidmətləri təklif edir: Vergilər Nazirliyi və başqa dövlət orqanlarına hesabatlarının hazırlanması və göndərilməsi; Mühasibat uçotunun düzgün qurulması; Fiziki və hüquqi şəxslərə hüquq xidmətləri; İnsan qaynaqlarının idarə edilməsi; Marketinq məsələlərinin həlli və s.
Mission
Gizlilik, qarşılıqlı sayğı və məsuliyyət, legitimlik, səlahiyyətlərin yerinə yetirilməsinə zəmanət və müştəri məmnuniyyəti hər zaman Bakinar Konsaltinqin prioritetləri olaraq qalacaq.
Description
2009-cu ilin may ayından öz müştərilərinə xidmət göstərməyə başlayan Bakinar Konsaltinq şirkəti artıq zamanla sınanılmış peşəkar kollektivə sahibdir. Bugün biz yeni şirkətlərin sənədlərinin qeydiyyatı, mühasibat uçotunun qurulması, Vergilər Nazirliyi və başqa dövlət orqanlarına hesabatların hazırlanması və göndərilməsi, müxtəlif marketinq məsələlərinin həlli kimi bir çox xidmətləri təklif edirik.
2017-ci ildən şirkət ölkəmizin gözəl paytaxtı Bakı şəhərində yeni ofisə köçməklə əməkdaşlarının və xidmət sahələrini daha da artırmışdır. Say ilə birlikdə Bakinar Konsaltinq keyfiyyət və dəqiqliyə olan diqqətini daha da artırmağa çalışır.
Bakinar Konsaltinq Sizə rəqabət apardığınız bazarlarda önə çıxmağınızda biznes və texnologiya baxımından əvəzedilməz köməklik edə bilər.